​"Şərq Tərəfdaşlığı" ölkələri üçün Media Mükafat müsabiqəsi keçiriləcək

​"Şərq Tərəfdaşlığı" ölkələri üçün Media Mükafat müsabiqəsi keçiriləcək Müsabiqədə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukraynanın KİV işçiləri iştirak edəcəklər
Media
8 İyul , 2016 13:56
​Şərq Tərəfdaşlığı ölkələri üçün Media Mükafat müsabiqəsi keçiriləcək

Bakı. 8 iyul. REPORT.AZ/ Şәrqi Avropada mәdәniyyәt müxtәlifliyi üzrә ADAMI media mükafatı müsabiqəsi açıq elan olunub. 

ADAMI-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, Audiovizual KİV-in bu media-müsabiqəsi "Şərq Tərəfdaşlığı" ölkələrində öz regionlarının dini-mədəni, tarixi və etnik müxtəlifliyini işıqlandırmaq üçün çalışan jurnalistlərin, tele-radio yayım şirkətlərinin əməkdaşların və kinematoqrafların fəaliyyətini əhatə edir. Ümumilikdə televiziya və onlayn kontenti əhatə edən 6 kateqoriyada 6 mükafat nəzərdə tutulub. Eləcə də gənc kinematoqraflar və jurnalistlər üçün mükafatlar nəzərdə tutulub.

ADAMI müsabiqəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna KİV işçiləri iştirak edəcək. Bu, mədəni müxtəliflik üzrə işlərinizi nümayiş etdirmək və yayım peşəkarlarından ibarət qrupa qoşulmaq üçün unikal imkandır.

ADAMI Media mükafatı 2016-cı ildə altı kateqoriya üzrı mükafat təqdim edəcək:

● Әylәncә (bәdii) üzrә ADAMI Media mükafatı

● Mәlumat (qeyri bәdii) üzrә ADAMI Media mükafatı

● Xәbәrlәr vә Qısa Qeyri bәdii verilişlәr üzrә ADAMI Media mükafatı

● Gәnclәr üçün ADAMI Media mükafatı

● Veb sәhifәlәr üzrә ADAMI online mükafat

● Veb videolar üzrә ADAMI online mükafat

Müsabiqədə qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz: adamimediaprize.eu.

Ərizə qəbulunun son tarixi 10 oktyabr 2016-cı ildir. Qaliblər 2016-cı ilin noyabr ayında Ukraynanın Kiyev şəhərində, beynəlxalq səviyyədə yayımlanan Ukrayna Milli Televiziyasında təşkil olunacaq təntənəli mərasimdə elan olunacaq.

Müsabiqənin qaydaları və digər məsələlər üçün [email protected] ilə əlaqə qurmaq tövsiyyə olunur.

ADAMI Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Avropa Yayım Birliyi, "DeutscheWelle" Akademiyası, Şərqi Avropa araşdırmaları üzrə Alman Cəmiyyəti ilə tərəfdaşlıq şəklində həyata keçirilir. ADAMI Ukrayna, Moldova və Gürcüstanın milli ictimai teleradio yayım qurumları ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi