Rusiya səfirliyində azərbaycanlı jurnalistlərin illik mükafatlandırılması mərasimi keçirilib

Rusiya səfirliyində azərbaycanlı jurnalistlərin illik mükafatlandırılması mərasimi keçirilib Müvəqqəti işlər vəkili "Report" informasiya agentliyinin müxbirinə diplom təqdim edib
Media
15 Fevral , 2018 17:18
Rusiya səfirliyində azərbaycanlı jurnalistlərin illik mükafatlandırılması mərasimi keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində Azərbaycan KİV nümayəndələrinin illik mükafatlandırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşyov Rusiya-Azərbaycan əlaqələrini işıqlandırdıqlarına görə KİV nümayəndələrinə təşəkkür edib. O, Rusiya diplomatiyasının açıq olduğunu və milli maraqlarına əsaslanaraq dürüst oyun apardığını və bu məsələdə oxucularına etibarlı məlumatlar çatdırmaq baxımından mətbuatın mühüm rol oynadığını vurğulayıb.

Ardından müvəqqəti işlər vəkili bir sıra Azərbaycan KİV nümayəndələrinə, o cümlədən "Report" informasiya agentliyinin müxbiri Cəfər Ağadadaşova diplom təqdim edib.

Son xəbərlər

Orphus sistemi