AzTV-nin rəhbəri: Azərbaycanda rəqəmsal media özünün ən yüksək inkişaf səviyyəsinə çatıb

Media
  • 15 may, 2025
  • 10:59
AzTV-nin rəhbəri: Azərbaycanda rəqəmsal media özünün ən yüksək inkişaf səviyyəsinə çatıb
Rövşən Məmmədov

Hazırda Azərbaycanda rəqəmsal media özünün ən yüksək inkişaf səviyyəsinə çatıb.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda baş tutan konfransda deyib.

Onun sözlərinə görə, ölkənin rəqəmsal mediasında manipulyasiya hallarına da rast gəlinir: 

"Hazırda Azərbaycanda rəqəmsal media yüksək inkişaf səviyyəsinə çatsa da, bu sahədə manipulyasiya hallarının da şahidi oluruq. Belə hallarla necə mübarizə aparmalı olduğumuzu bu konfransda müzakirə edəcəyik".

44 filmi