Rəşad Məcid: “Azərbaycanda tolerantlıq möhkəm dayaqlara malikdir"

Rəşad Məcid: “Azərbaycanda tolerantlıq möhkəm dayaqlara malikdir" “Azərbaycanda tolerantlıq möhkəm dayaqlara malikdir və bu dayaqlar qanunvericiliyimizdə, həmçinin cəmiyyətin idarəçiliyində yazılmamış qanunlarda əksini tapıb”.
Media
15 Dekabr , 2022 12:45
Rəşad Məcid: “Azərbaycanda tolerantlıq möhkəm dayaqlara malikdir

“Azərbaycanda tolerantlıq möhkəm dayaqlara malikdir və bu dayaqlar qanunvericiliyimizdə, həmçinin cəmiyyətin idarəçiliyində yazılmamış qanunlarda əksini tapıb”.

“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tolerantlığın qorunması ölkənin əmin-amanlığının qorunmasında başlıca həlqəni təşkil edir: “Bu gün qloballaşma heç bir halda müxtəlif icmaların dinc, birgəyaşayış normalarına xələl gətirməməlidir. Təəssüf ki, müasir dünyada baş verən bir çox proseslərdə bunun əksini müşahidə edirik. Bir çox hallarda ictimai missiya daşımalı olan media bu müstəvidə bəzən qeyri-iradi, bir çox hallarda isə məqsədli təfriqəçi rol oynayır. Dinin kənar sifarişlər, təsir və s. hallarla siyasi məqsədlər üçün istifadəsi medianı mütərəqqilik simasından çıxarır. Bu gün Yaxın Şərqdə baş verən proseslər buna əyani misaldır. Bu da din və medianın qarşılıqlı təsirinin yarada biləcəyi dağıdıcı gücünün nümayişidir. Media, ilk növbədə, həssaslıq və peşəkarlıq nümayiş etdirməli, bu mövzuda hansısa xalqın, etnik qrupun və ya icmanın adət-ənənələr toplusunun təqdimatında reallıq və dəyərlərin təbliği son dərəcə önəmli olmalıdır".

R.Məcid həmçinin bildirib ki, jurnalistlərin dini savadlılığı da zəruridir: "Çünki bəzi qüvvələr dini təfriqə yaratmaq üçün media vasitələrindən istifadə edirlər. Bu baxımdan cəmiyyətin bu sayaq hallarla bağlı məlumatlılığı önəmlidir. Biz öz tərəfimizdən jurnalistlərin peşəkarlığının artırılmasına diqqət yetirə bilərik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də məqsədyönlü iş aparmaqdadır. Bəzən jurnalistlərin bu sahədə kifayət qədər məlumatlı olmadığı da üzə çıxır, təhriflər nəzərə çarpır. Hesab edirəm ki, bu istiqamətlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müvafiq iş apara bilərik”.

Son xəbərlər

Orphus sistemi