Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirib

Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirib Mətbuat Şurasının yeni sədri Rəşad Məcid Yazıçılar Birliyinin (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına münasibət bildirib.
Media
29 Sentyabr , 2022 18:08
Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirib

"Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar".

Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib.

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir.

R.Məcid qeyd edib ki, yaxın vaxtlarda Yazıçılar Birliyinin qurultayı olacaq:

Qeyd edək ki, R.Məcid Azərbaycan jurnalistlərinin bu ilin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Mətbuat Şurasının sədri seçilib.

O, 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyulundan AYB sədrinin müavinidir. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

Son xəbərlər

Orphus sistemi