"Report" İnformasiya Agentliyinin videomaterialı Rusiyanın Birinci kanalında nümayiş etdirilib - VİDEO

"Report" İnformasiya Agentliyinin videomaterialı Rusiyanın Birinci kanalında nümayiş etdirilib - VİDEO Video müxtəlif ölkələrdə yayımlanıb, təkcə sosial şəbəkələrdə milyonlarla baxış olub
Media
364
27 Yanvar , 2016 11:18
Report İnformasiya Agentliyinin videomaterialı Rusiyanın Birinci kanalında nümayiş etdirilib - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın birinci kanalında "Report" İnformasiya Agentliyinin istehsal etdiyi material nümayiş etdirilib.

"Report"un xəbərinə görə, Rusiyanın Birinci kanalında Larisa Medvedskayanın aparıcısı olduğu "Xəbərlər" verilişinin səhər buraxılışında Azərbaycan ərazisində yağan qar nəticəsində Bakı şəhərinin yollarında yaranan vəziyyətlə bağlı "Report"un hazırladığı videogörüntülər göstərilib.

Belə ki, məşhur aparıcı Moskva və Sankt-Peterburq şəhərlərindəki sərt hava şəraiti ilə bağlı məlumat verib. O, daha sonra qeyd edib ki, dünən Azərbaycanda da şaxtalı hava şəraiti hökm sürüb: "Bu səbəbdən də paytaxt Bakı şəhərində yollar buz bağlayıb və avtomobillərin hərəkətində çətinliklər yaranıb. Eyni zamanda, avtobuslar və piyadalar buzlu yollarda problemlərlə rastlaşıb. Xoşbəxtlikdən heç bir hadisə olmayıb. Bu gün və yaxın iki gün ərzində qarlı hava şəraitinin davam edəcəyi gözlənilir".

"Report"un əməkdaşı Samirə Abdullayevanın yanvarın 26-da səhər saatlarında Bakı şəhərində çəkdiyi həmin maraqlı video Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrin televiziyalarında, xəbər saytlarında yayımlanıb, videoya sosial şəbəkələrdə milyonlarla baxış olub.

Videogörüntülər Bakının Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da çəkilib.

Son xəbərlər

Orphus sistemi