Rauf Arifoğlu: “Azərbaycana qarşı amansız informasiya müharibəsi aparılır”

Rauf Arifoğlu: “Azərbaycana qarşı amansız informasiya müharibəsi aparılır” “Son günlər real həyatda olmayan informasiyaların qabardılması hallarına rast gəlirik. Sosial media və sosial şəbəkələr cəmiyyətimiz üçün açıq qapıdır. Burada asan şəkildə dezinformasiyalar yayıla bilir”.
Media
28 İyul , 2022 12:15
Rauf Arifoğlu: “Azərbaycana qarşı amansız informasiya müharibəsi aparılır”
Rauf Arifoğlu

“Son günlər real həyatda olmayan informasiyaların qabardılması hallarına rast gəlirik. Sosial media və sosial şəbəkələr cəmiyyətimiz üçün açıq qapıdır. Burada asan şəkildə dezinformasiyalar yayıla bilir”.

“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasında keçirilən tədbirdə “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

“Düşünürəm ki, bunun qarşısı da alınmalıdır. Bunun qarşısını biz almalıyıq. Hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır. Görünür, güclü informasiya hücumu var. Ona görə də biz də sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməliyik. Yutub platformasında fəal olmalıyıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi