Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib

Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib “Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır”.
Media
108
22 Oktyabr , 2021 12:30
Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
Hikmət Hacıyev

“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağda 10 min kv.km-dən çox Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”.

Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil: “Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”.

Son xəbərlər

Orphus sistemi