PR və marketinq mütəxəssisi: Böhran düzgün idarə olunmalıdır

PR və marketinq mütəxəssisi: Böhran düzgün idarə olunmalıdır Şirkətlərdə baş verən hər hansı bir böhranın düzgün idarə olunmaması ictimaiyyətlə əlaqələr sahəsində ciddi problemlərə yol açır.
Media
17 aprel 2025 16:44
PR və marketinq mütəxəssisi: Böhran düzgün idarə olunmalıdır
Vüsal Bəkirov

Şirkətlərdə baş verən hər hansı bir böhranın düzgün idarə olunmaması ictimaiyyətlə əlaqələr sahəsində ciddi problemlərə yol açır.

“Report” xəbər verir ki, bunu PR və marketinq mütəxəssisi, təlimçi Vüsal Bəkirov Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib.

Mütəxəssisin sözlərinə görə, böhran strategiyasının hazırlanması olduqca ciddi məsələdir.

“Günümüzün ən böyük problemi – böhran kommunikasiyasıdır. Onun doğru formada qurulması üçün, ilk növbədə, baş vermiş hadisə dərindən araşdırılmalı, düzgün, dəqiq press-reliz hazırlanmalıdır. Hər bir yanlış və qeyri-dəqiq məlumat şirkətə ciddi ziyan vura bilər. İctimaiyyətlə əlaqələr üzrə menecerin əsas vəzifəsi bütün detalları aydınlaşdırmaq, böhran zamanı düzgün kommunikasiya qurmaqdır”, - V.Bəkirov deyib.

Təlimçi piarın əhəmiyyəti və idarə olunması prinsiplərindən danışıb:

"Bu gün ictimai əlaqələrlə marketinq anlayışları çox qarışdırılır. Bilmək lazımdır ki, piar şirkətin imicini düşünür, marketinq isə qazanc və ya gəlirə fokuslanır".

V.Bəkirov 1987-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını “Sənət tarixi” peşəsi üzrə bakalavr səviyyəsində 2009-cu ildə bitirib. PR və marketinq üzrə xarici ölkələrdə təcrübə proqramlarında iştirak edib. Bakıda keçirilən 2015 Avropa Oyunlarının təşkilat komandasında menecer kimi, həmçinin bir sıra yerli və xarici şirkətlərin PR, marketinq, korporativ sosial məsuliyyət layihələrində fərqli vəzifələrdə çalışıb. PR, marketinq və yumşaq bacarıqlar üzrə təlimçi kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi