Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının yenilənmiş
"Report"un məlumatına görə, saytın təqdimatı ilə bağlı Ombudsman Aparatında media nümayəndələri ilə görüş keçirilib. Qeyd edilib ki, saytın yenidən hazırlanmasında və təkmilləşdirilməsində məqsəd bütün vətəndaşlar üçün əlçatanlığın, suallara operativ cavab verilməsinin təminatıdır.
Saytın detalları haqqında məlumat verən Ombudsman Aparatının sektor müdiri İnsaf Nəsirov qeyd edib ki, saytda "Çağrı Mərkəzi: 916" yazısına tıklayan kimi Ombudsmana zəng edilir. Onun sözlərinə görə, "Çağrı Mərkəzi" vətəndaşın zəngini və müraciətini operativ qeydə alır.
Bildirilib ki, saytın yeni versiyasında xüsusi hissələrdən biri də "Müyəssərlik menyusu"dur. Bu xidmət vasitəsilə əlillərin və fiziki məhdudiyyətli şəxslərin istifadəsi rahatlaşacaq.