Ölkə.Az səkkiz yaşını qeyd edir

Ölkə.Az səkkiz yaşını qeyd edir Bu gün Ölkə.Az saytının yaranmasından səkkiz il ötür.
Media
15 İyul , 2022 15:51
Ölkə.Az səkkiz yaşını qeyd edir

Bu gün Ölkə.Az saytının yaranmasından səkkiz il ötür.

"Report" xəbər verir ki, sayt 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb. Fəaliyyətə başladığı ilk gündən etibarən kollektiv Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırmağa səy göstərir.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

Qeyd edək ki, Ölkə.Az Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm "Netty”, həm də "MilliNet" mükafatlarının qalibi olub. Ölkə.Az 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi