Nuşirəvan Məhərrəmli: "ANS məsələyə məsuliyyətsiz yanaşıb"

Nuşirəvan Məhərrəmli: "ANS məsələyə məsuliyyətsiz yanaşıb" "ANS-lə bağlı MTRŞ-nın verdiyi bütün qərarlar qanuna əsaslanıb"
Media
23 Yanvar , 2016 12:59
Nuşirəvan Məhərrəmli: ANS məsələyə məsuliyyətsiz yanaşıb

Bakı. 23 yanvar. REPORT.AZ/ "ANS-lə bağlı MTRŞ-nın verdiyi bütün qərarlar qanuna əsaslanıb". "Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, MTRŞ ANS-in iradlarını qətiyyətlə rədd edir: "MTRŞ seriallara görə ayrılan pulları qəpiyinə qədər televiziyalara ödəyib. ANS televiziyasına isə 1 milyon 760 min pul köçürülüb. Kanal məsələyə məsuliyyətsiz yanaşıb. İyul ayında bitməli olan serial bitməyib. ANS rəhbərliyi avqustda bizə müraciət edib ki, serialın adının dəyişdirilməsinə razılıq verin. Biz də bunu qəbul etmədik və onları məhkəməyə verdik".

N.Məhərrəmli qeyd edib ki, MTRŞ-nın hansısa televiziyaya qarşı qərəz göstərməsi halı yoxdur və bununla bağlı deyilənlər həqiqətə uyğun deyil: "Biz verdiyimiz qərarların doğruluğuna əminik".

N.Məhərrəmlideyib ki, ANS MTRŞ-ya qarşı haqsız ittihamlar yağdırır: "Əgər qanun pozulubsa Teleradio Şurası buna qarşı tədbir görür. Bizim bütün qərarlarımız qanuna əsaslanır. Belə olan halda kim bizi məsuliyyətə cəlb edə bilər? Şura bir sıra verilişləri bağlayanda, qərarını əsaslandırır".

Qeyd edək ki, yanvarın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığı, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyi, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyi nəzərə alınaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi