MTRŞ ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

MTRŞ ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib “Adi şoudur”
Media
4319
29 Yanvar , 2018 12:46
MTRŞ ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

Bakı. 29 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, ATV-də yayımlanan həmin verilişdə bəzi saytların yazdığı kimi, milli dəyərlərə zidd heç nə yoxdur: “Məsələni başqa konteksə yönəltməyə ehtiyac yoxdur və belə söhbətlər və şərhlər ayıbdır. Adi şoudur. Heç bir kanalda belə hala yol verilə bilməz və bu hala yol vermələrinə inanmıram”.

Qeyd edək ki, “ZAURla GÜNAYdın” verilişinin yanvarın 28-də yayımlanmış buraxılışında “yatan” qadının sosiska ilə oyadılması birmənalı qarşılanmayıb, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri bunun “pornoqrafik material” olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi