Modern.az-ın 14 yaşı tamam olur

Modern.az-ın 14 yaşı tamam olur Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.
Media
1 Sentyabr , 2023 11:02
Modern.az-ın 14 yaşı tamam olur

Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.

“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 14 il ötür.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Son xəbərlər

Orphus sistemi