Bakı. 12 oktyabr. REPORT.AZ/
Bu barədə "Report"a Şuranın sədr müavini Qafar Cəbiyev məlumat verib.
Onun sözlərinə görə, məktubda televiziya kanallarına oktyabrın 20-dən noyabrın 20-dək uşaq verilişlərinə, uşaqlarla bağlı məsələlərə daha çox yer vermələri tövsiyə olunacaq: "Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26 ili tamam olur. Bu səbəbdən, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq hüquqları" aylığı keçiriləcək. Bu məsələ ilə bağlı Omudsman bizə məktub göndərib. Biz də öz növbəmizdə telekanallara aylıq çərçivəsində uşaqlarla bağlı daha çox verilişlər yayınlamalarını, verilişlərin rəngarəngliyini artırmalarını tövsiyə edəcəyik".