Azərbaycan Mətbuat Şurası və “
Mətbuat Şurasından "Report"a daxil olan məlumatda bildirilib ki, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.
1.“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı;
2.Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir;
3.Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr;
4.Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.
Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.
4 istiqamət üzrə:
I yer – 4 nəfər - 2000 manat (hər biri)
II yer - 4 nəfər - 1500 manat (hər biri)
III yer - 4 nəfər - 1000 manat (hər biri)
Həvəsləndirici mükafat – 10 nəfər – 200 manat (hər biri)
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
Yazılarda, telekanal və radio materiallarında “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd:
Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
- 1.Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
- yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
- 2.Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
Təqdimatda yer almalıdır:
Müsabiqə yazısı ("Word" faylında, imzasız);
Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr;
Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə:
(012) 441 35 30
(055) 201 99 26
(050) 242 09 91
(012) 565 15 15