Medianın İnkişafı Agentliyi (MEDİA) “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığı mətnində deyilir:
“Report” İnformasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədov Səbuhi Ədalət oğlu vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Səbuhi Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”
Azərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.
“Report” xəbər verir ki, başsağlığında deyilir:
“Report” İnformasiya Agentliyinin əməkdaşı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə, çalışdığı media orqanının kollektivinə dərin hüznlə başsağlığı veririk.
Gənc həmkarımızın vaxtsız vəfatı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini kədərləndirdi. 2000-ci ildə dünyaya gəlmiş S.Məmmədovun 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirakı və buna görə ali dövlət təltifinə layiq görülməsi, onun həm də vətənpərvər obrazını canlandırmaqdadır. Belə bir nümunəvi gəncin həyatla erkən vidalaşması üzücüdür.
Bir daha “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, başsağlığı diləklərimizi çatdırır, mərhumun doğmalarına, əzizlərinə və iş yoldaşlarına səbir diləyirik.
Allah rəhmət eləsin!”