Meksikanın tanınmış nəşri Xocalı soyqırımı barədə məqalə dərc edib

Meksikanın tanınmış nəşri Xocalı soyqırımı barədə məqalə dərc edib Müəllif məqalədə bütün proqressiv qüvvələrinə səsləyib
Media
1 Oktyabr , 2016 09:34
Meksikanın tanınmış nəşri Xocalı soyqırımı barədə məqalə dərc edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Meksikanın tanınmış ingilisdilli “The News” qəzetində baş redaktor Teresa Marqolisin müəllifliyi ilə “Bir önəmsiz soyqırım” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə müəllif tarixdə zaman-zaman yer alan və insanlığa qarşı böyük cinayət sayılan etnik təmizləmə halları və bu hallara beynəlxalq ictimaiyyətin münasibətindən söz açaraq, faktlara istinadən öz mülahizələrini bölüşür və bu mövzunun daima diqqət mərkəzində saxlanılmasının vacibliyindən söhbət açır.

Teresa Marqolis buna misal olaraq, 1992-ci ildə Azərbaycanın Xocalı qəsəbəsində həyata keçirilən qırğından bəhs edir. Müəllif 24 il əvvəl Dağlıq Qarabağ müharibəsi zamanı erməni qoşunlarının Azərbaycan ərazisinə hərbi müdaxiləsi zamanı bu şəhəri yerlə yeksan edərək, 83 nəfəri on dörd yaşına qədər azyaşlı olmaqla 613 günahsız mülki şəxsin xüsusi amansızlıqla qətlə yetirdiklərini, min nəfərdən artıq etnik azərbaycanlıya ağır xəsarətlər yetirildiyini, digər min nəfərin əsir götürüldüyünü, yüz əlli nəfərin isə itkin düşdüyünü xüsusi həssaslıqla öz məqaləsində əks etdirib.

Müəllif məqalədə ermənilərin Xocalıda törətdikləri cinayətlərə görə, məsuliyyəti öz üzərilərinə götürmək əvəzinə bu qətliamın Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları tərəfindən həyata keçirildiyini və onların koridor vasitəsilə qaçan insanları gülləboran etdikləri barədə fikirlər səsləndirdiyini qeyd edib.

Məqalənin sonunda müəllif dünyanın bütün proqressiv qüvvələrini Ermənistanı Xocalı qətliamına görə, məsuliyyəti öz üzərinə götürməyə məcbur etmək üçün inadlı mövqe tutmağa səsləyir.  

Son xəbərlər

Orphus sistemi