"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib

"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib Azərbaycanda jurnalistlər üçün "Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib.
Media
19 Oktyabr , 2021 14:27
Məişət zorakılığı media müstəvisində mövzusunda təlim keçirilib

Azərbaycanda jurnalistlər üçün "Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim keçirilib.

"Report" xəbər verir ki, təlim "Avropa İttifaqı tərəfindən maliyyələşdirilən" “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub.

Tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, benefisar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova və Avropa İttifaqının Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totaraitis çıxış ediblər.

Avstriyalı ekspertlər Dr. Manuela Harqassner-Delpos və Tomas Heynlen təlimin ilk günündə iştirakçılara məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, bu məsələ ilə bağlı məlumatların yayılmasında jurnalistlərin rolu və gender zorakılığı anlayışı barədə məlumatlar verib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, təlim oktyabrın 19-dan 22-dək davam edəcək. Təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi