"Məhərrəm İbrahimov və Sirac Abışov çox şərəfli işlə məşğul idilər"

"Məhərrəm İbrahimov və Sirac Abışov çox şərəfli işlə məşğul idilər" Bu gün Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Gününün 146 illiyi münasibətilə "Heydər Əliyev lektoriyası" və Azərbaycan mətbuatı" adlı tədbir keçirilib.
Media
437
15 İyul , 2021 13:31
Məhərrəm İbrahimov və Sirac Abışov çox şərəfli işlə məşğul idilər
Əsgər İbrahimov

Bu gün Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Gününün 146 illiyi münasibətilə "Heydər Əliyev lektoriyası" və Azərbaycan mətbuatı" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mərkəzi Elmi Kitabxananın Baş direktoru, professor Məmməd Əliyev, millət vəkili Aqil Abbas və başqa tanınmış media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində şəhid mətbuat nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ə.Amaşov çıxış edərək Azərbaycan mətbuatının keçdiyi yollardan və Heydər Əliyevin mətbuata verdiyi dəyərdən danışıb. O həmçinin Vətən müharibəsi dövründə mətbuatın fəaliyyətinə də toxunub: "44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mətbuatından əlavə, dünyanın 30-dan çox ölkəsinin mətbuat nümayəndələri vasitəsilə insanlar ölkəmizin haqq savaşı barədə məlumatlandırılıblar".

Tədbirdə iştirak edən Əsgər İbrahimov isə şəhid jurnalist qardaşı Məhərrəm İbrahimovun peşə fəaliyyətindən danışıb: "Məhərrəm və Sirac Abışov çox şərəfli işlə məşğul idilər. Onlar Ermənistanın işğal dövründə Azərbaycana vurduğu ziyanı, vandallığı qeydə alırdılar. Kənd-kənd, ev-ev gəzib siyahılaşdırırdılar. Təəssüf ki, özləri də mənfur düşmənin düzdüyü minanın qurbanı oldular".

Son xəbərlər

Orphus sistemi