"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı rəsmi açıqlama

"Lider" TV-nin yayımının dayandırılması ilə bağlı rəsmi açıqlama Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.
Media
4102
11 Mart , 2020 09:42
Lider TV-nin yayımının dayandırılması ilə bağlı rəsmi açıqlama
0 : 00
0 : 00

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

MTRŞ-nin Aparat rəhbəri Asəf Hacıyev "Report"a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

"Biz dünən axşam və bu gün səhər "Lider" televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə olduğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək".

Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra "Lider" TV-nin yayımı kəsilib. Hazırda telekanalın yayımı işlək deyil.

Xatırladaq ki, "Lider" TV 2000-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi