Lent.az-ın fəaliyyətə başlamasından 14 il ötür

Lent.az-ın fəaliyyətə başlamasından 14 il ötür Bu gün Azərbaycanın ilk azərbaycandilli xəbər portalı olan Lent.az-ın fəaliyyətə başlamasından 14 il ötür.
Media
25 İyun , 2022 13:27
Lent.az-ın fəaliyyətə başlamasından 14 il ötür

Bu gün Azərbaycanın ilk azərbaycandilli xəbər portallarından biri olan Lent.az-ın fəaliyyətə başlamasından 14 il ötür.

"Report" xəbər verir ki, www.Lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Lent.az Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.

Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

“Report”un kollektivi Lent.az-da çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi