Ladina Heymqartner: “Süni intellektin inkişafı bir çox jurnalisti işsiz qoya bilər”

Ladina Heymqartner: “Süni intellektin inkişafı bir çox jurnalisti işsiz qoya bilər” “Süni intellektin inkişafı səbəbindən bir çox jurnalistlərə gələcəkdə tələbat olmayacaq və onlar işsiz qala bilərlər”.
Media
15 İyun , 2023 16:37
Ladina Heymqartner: “Süni intellektin inkişafı bir çox jurnalisti işsiz qoya bilər”

“Süni intellektin inkişafı səbəbindən bir çox jurnalistlərə gələcəkdə tələbat olmayacaq və onlar işsiz qala bilərlər”.

“Report” Avropa Qəzetçilik Konqresində iştirak edən əməkdaşı xəbər verir ki, bunu “Blick Group”un baş direktoru Ladina Heymqartner Avstriyanın paytaxtı Vyanada keçirilən forumda deyib.

Onun sözlərinə görə, son 20 il ərzində media transformasiyası üç qlobal təlatümlə üzləşib: “Birincisi, 2000-ci illərdə internetin yaranması və inkişafı, ikincisi, 2010-cu illərdə sosial şəbəkələrin və platformaların meydana gəlməsi və inkişafı, üçüncüsü, müasir dövrümüzdə süni intellektin yaranması idi. Bütün bu dəyişikliklər qəzetlərin reklam gəlirlərinə ciddi təsir göstərib. Lakin ümumilikdə KİV sosial media və internetlə bağlı ilk iki dəyişikliyə uyğunlaşa bilib”.

"İndi söhbət ondan gedir ki, süni intellekt inkişaf etdikdən sonra bir çox jurnalistlərə ehtiyac olmaya bilər. Digər tərəfdən, süni intellekt tərəfindən çoxlu yanlış və yoxlanılmamış məlumat meydana çıxır. Bu da oxucuların inamının itməsinə səbəb ola bilər. Bu o deməkdir ki, süni intellekt tərəfindən yaradılan istənilən məzmun yenə də redaktor, jurnalist tərəfindən sonradan yoxlanılmalıdır. Üstəlik, süni intellektdən istifadə etməklə yaradılan bütün mətnlərdə bununla bağlı məlumat olmalıdır", - L.Heymqartner bildirib.

Qeyd edək ki, bu il Avropa Qəzetçilik Konqresində müzakirələr süni intellektin KİV-lərin inkişafına təsiri və süni intellektin, xüsusən də sosial şəbəkələr üçün materialların yaradılması, fotoşəkillərin təsviri üçün istifadə imkanlarına yönəlib. Bir çox Avropa nəşrlərinin nümayəndələri bu məsələdə öz təcrübələrindən danışıblar.

Son xəbərlər

Orphus sistemi