Bakı. 10 iyun. REPORT.AZ/ "Mətbuatın 140 illik yubileyi münasibətilə mükafatlandırılmaya təqdim olunmaq üçün Mətbuat Şurasına 100-ə yaxın müraciət daxil olub".
Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri
O bildirib ki, redaksiyalar və jurnalist təşkilatları əməkdaşlarının mükafatlandırılması ilə bağlı Prezident Administrasiyasına özləri də müraciət edə bilərlər: "Bu, Prezident
Ə.Amaşov mükafatla bağlı müraciətlərin qəbul olunmasının iyul ayının ortalarına qədər davam edəcəyini deyib: "Hələlik zaman var. Yəqin ki, iyulun 20-nə qədər qaliblər müəyyənləşəcək. Milli Mətbuat Günündə -iyulun 22-də mükafatlandırma olacaq".
Xatırladaq ki, iyunun 2-də Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Prezident Administrasiyasına Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.