Jurnalist Nicat Dağlar: “Xəsarətim ciddi deyil”

Jurnalist Nicat Dağlar: “Xəsarətim ciddi deyil” Bakı. 7 noyabr. REPORT.AZ/ Jurnalist Nicat Dağlar Ağdaş rayonunda avtomobil qəzasına düşüb.
Media
7 noyabr 2017 11:10
Jurnalist Nicat Dağlar: “Xəsarətim ciddi deyil”

Bakı. 7 noyabr. REPORT.AZ/ Jurnalist Nicat Dağlar Ağdaş rayonunda avtomobil qəzasına düşüb.

Bu barədə "Report"a açıqlamasında o, özü məlumat verib.

Belə ki, jurnalistin olduğu "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub.

"KamAZ"ın sürücüsü dönmə əməliyyatını düzgün etməməsi nəticəsində mənim olduğum avtomobillə toqquşdu", N.Dağlar bildirib.

Qəza nəticəsində avtomobildə olan hər üç şəxs, o cümlədən N.Dağlar yüngül xəsarət alıb. "Xəsarətim ciddi deyil. Xəstəxanaya gətirildim, sonra ambulatora buraxıldım. İndi ayaq üstəyəm, hər şey qaydasındadır. Ayaqlarımda ağrılar qalıb", N.Dağlar əlavə edib.

Son xəbərlər

Orphus sistemi