İTV-nin koronavirusa yoluxan böyük redaktorunun durumu açıqlanıb

İTV-nin koronavirusa yoluxan böyük redaktorunun durumu açıqlanıb Hazırda Ə.Fəqanoğlunun müalicəsi "Yeni Klinika"da davam etdirilir və süni tənəffüs cihazına qoşulu vəziyyətdədir
Media
24 İyul , 2020 12:16
İTV-nin koronavirusa yoluxan böyük redaktorunun durumu açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır-sabit olaraq qalır.

Bu barədə "Report"a İTV-dən bildirilib.

Hazırda Ə.Fəqanoğlunun müalicəsi "Yeni Klinika"da davam etdirilir və süni tənəffüs cihazına qoşulu vəziyyətdədir.

Qeyd edək ki, o, iyulun 18-dən klinikaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi