İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib

İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib.
Media
145
23 Oktyabr , 2021 15:47
İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib

İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın artırılması, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.

Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi