İstanbulda TDT-nin Media və İnformasiya üzrə İşçi Qrupunun toplantısı keçirilir

İstanbulda TDT-nin Media və İnformasiya üzrə İşçi Qrupunun toplantısı keçirilir İstanbulda Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu iclası öz işinə başlayıb.
Media
13 May , 2022 14:18
İstanbulda TDT-nin Media və İnformasiya üzrə İşçi Qrupunun toplantısı keçirilir

İstanbulda Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu iclası öz işinə başlayıb.

Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib.

Qeyd olunub ki, iclasda Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov da iştirak edir.

İclas zamanı TDT-a üzv dövlətlərin Media və İnformasiya sahəsi üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərinin sabah 14 may 2022-ci il tarxidə keçiriləcək 4-cü Toplantısının gündəliyində olan məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi