Azərbaycanda dövlət qurumu əməkdaşlarını hədəfləyən 732 min e-poçt bloklanıb

Azərbaycanda dövlət qurumu əməkdaşlarını hədəfləyən 732 min e-poçt bloklanıb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilin üçüncü rübü ərzində xüsusi mühafizə avadanlıqları vasitəsilə dövlət qurumlarının əməkdaşlarını hədəfləyən zərərverici tərkibli 732 min elektron poçt göndərişinin dövlət orqanlarına ç
Media
3 Noyabr , 2022 14:10
Azərbaycanda dövlət qurumu əməkdaşlarını hədəfləyən 732 min e-poçt bloklanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) III rübdə xüsusi mühafizə avadanlıqları vasitəsi ilə dövlət qurumu əməkdaşlarını hədəfləyən 732 min zərərverici tərkibli elektron poçt göndərişinin dövlət orqanlarına çatdırılmasının qarşısını alıb.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Bildirilir ki, dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin 654 saylı Fərmanına əsasən XRİTDX dövlət qurumlarını təhlükəsizliyinə nəzarət olunan dövlət elektron poçt xidməti ilə təmin edir.

Xüsusi mühafizə avadanlıqları təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir. Sistem vasitəsi ilə üçüncü rüb ərzində ümumilikdə 7 milyon 230 min elektron poçt emal edilib, onlardan 6 milyon 419 mini istifadəçilərə çatdırılıb, 732 mini zərərli tərkibli olması ilə blok edilib, 80 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb.

Son xəbərlər

Orphus sistemi