İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı sənəd qəbulu elan edilib

İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı sənəd qəbulu elan edilib Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə sənəd qəbulu elan edib.
Media
285
5 May , 2022 12:02
İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı sənəd qəbulu elan edilib
google

Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə sənəd qəbulu elan edib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Namizədlərə dair şərtlərə gəlincə, qeyd olunub ki, namizəd Azərbaycan vətəndaşı olmalıdır və ali təhsilli olmalıdır.

Bildirilib ki, əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər sənədləri mayın 6-dan 15-dək Audiovizual Şuraya təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi