İranın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO

İranın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO Möhsün Pak Ayin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində KİV-in əhəmiyyətini vurğulayıb
Media
148
13 Yanvar , 2015 14:20
İranın Azərbaycandakı səfiri Report informasiya agentliyində olub - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin, eləcə də səfirliyin mətbuat katibi Məhəmməd Ayətullahi "Report" informasiya agentliyinin ofisində olub.

"Report" xəbər verir ki, səfir əvvəlcə agentlikdə yaradılan şəraitlə və iş prosesi ilə tanış olub. 

Daha sonra diplomat "Report" agentliyinin baş redaktoru Murad Əliyevlə görüşüb. Qonağı salamlayan M.Əliyev agentlik haqqında səfirə məlumat verib. Baş redaktor qeyd edib ki, Azərbaycan və İran arasında bütün sahələrdə münasibətlərin inkişafı iki ölkənin KİV-ləri arasında daha sıx əlaqələrin yaranmasına səbəb olur. 

Öz növbəsində, səfir M.Pak Ayin M.Əliyevi agentliyin fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində KİV-in əhəmiyyətini vurğulayıb. Diplomat qeyd edib ki, İran səfirliyinin qapıları hər zaman jurnalistlər üçün açıq olub.

Görüşün sonunda səfir "Report"a suvenir və kitablar hədiyyə edib, eləcə də agentliyin kollektivi ilə xatirə şəkli çəkdirib.

Son xəbərlər

Orphus sistemi