"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb Yazıda o da bildirilir ki, SOCAR-ın əməkçiləri Prezidentin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər
Media
20 Sentyabr , 2017 14:57
İki sahil qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ "…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur". Prezident İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı "İki sahil" qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 

"Report"un məlumatına görə, 240 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

"Əsrin müqaviləsi"ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazandığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin " "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. 

Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında", "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" sərəncamları yer alıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir" yazısında qeyd edilir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. 

Yazıda o da bildirilir ki, SOCAR-ın əməkçiləri Prezidentin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər. 

Xüsusi buraxılış ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır. 

Ulu öndər Heydər Əliyevin "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir" fikri ilə Xüsusi buraxılışa sonluq verilməsi də təsadüfi deyil. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü reallıqlarımızın əsasıdır. Ulu öndər Heydər Əliyevin neft amilindən istifadə edərək iqtisadiyyatımızın inkişafı istiqamətində atdığı önəmli addımlar uzaqgörən siyasətinin tərkib hissəsi idi. Bu gün neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu isə, öz növbəsində, işsizliyin, yoxsulluğun, məşğulluq probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Cənab İlham Əliyevin hər zaman bildirdiyi kimi, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır.

Xüsusi buraxılışda bu məqamlar öz əksini tapmaqla bu inam da ifadə edilir ki, yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın davamlı, dayanıqlı inkişafı qaçılmazdır.

Son xəbərlər

Orphus sistemi