Həmid Həmidov: “Bütün separatçı liderlər tutulandan sonra reinteqrasiya prosesi daha sürətlə aparılacaq”

Həmid Həmidov: “Bütün separatçı liderlər tutulandan sonra reinteqrasiya prosesi daha sürətlə aparılacaq” “Bütün separatçı liderlər tutulduqdan sonra reinteqrasiya prosesi daha sürətlə aparılacaq”.
Media
28 Sentyabr , 2023 18:23
Həmid Həmidov: “Bütün separatçı liderlər tutulandan sonra reinteqrasiya prosesi daha sürətlə aparılacaq”

“Bütün separatçı liderlər tutulduqdan sonra reinteqrasiya prosesi daha sürətlə aparılacaq”.

“Report” xəbər verir ki, bu barədə “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, müsahibələrdə Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk edən ermənilər hamısı yekdilliklə təkid edirlər ki, Azərbaycan tərəfi onları qovmayıb, öz xuntaları tərəfindən qovulurlar: “Qarabağın erməni sakinlərindən bəziləri qalmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəklərindən açıq şəkildə danışırlar. Separatçıların liderləri olmayandan sonra bunu etiraf etməkdən qorxanlar bu barədə sərbəst danışacaqlar”.

Eyni zamanda o qeyd edib ki, Ruben Vardanyana qeyri-ciddi yanaşmaq olmaz: “Qeyri-qanuni bəyanatlar səsləndirdiyi, vaxtilə Azərbaycan sərhədini qanunsuz şəkildə bir neçə dəfə keçdiyi, terrora və separatizmə çağırışları, eləcə də hədə-qorxu ilə çıxışlar etdiyi üçün onu qeyri-ciddi qəbul edə bilmərik. Buna görə də təbii ki o, son dərəcə sərt və ciddi rəftar edilməli olan cinayətkardır”.

Təqdimat haqqında ətraflı məlumatı videoda tapa bilərsiniz:

Son xəbərlər

Orphus sistemi