"Haber Global" Xocalı soyqırımı qurbanlarının dəfnindən süjet hazırlayıb

"Haber Global" Xocalı soyqırımı qurbanlarının dəfnindən süjet hazırlayıb Türkiyənin “Haber Global” telekanalı Xocalıda yeni salınan Şəhidlər xiyabanında soyqırımı qurbanlarının dəfni ilə bağlı reportaj hazırlayıb.
Media
31 Mart , 2024 17:53
Haber Global Xocalı soyqırımı qurbanlarının dəfnindən süjet hazırlayıb

Türkiyənin “Haber Global” telekanalı Xocalıda yeni salınan Şəhidlər xiyabanında soyqırımı qurbanlarının dəfni ilə bağlı reportaj hazırlayıb.

"Report" xəbər verir ki, reportajda 32 ildən sonra nəşinin qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi işıqlandırılıb.

Bildirilib ki, 2023-cü il sentyabrın 19-20-i tarixlərində keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan Xocalı şəhərinə nəzarəti bərpa edib və burada aparılan qazıntı işləri zamanı insan meyitlərinin qalıqları aşkarlanıb. Aşkarlanan kütləvi məzarlıqda ümumilikdə 9 nəfərin meyiti aşkarlanıb, onlardan 7-i bu gün torpağa tapşırılıb.

Reportajda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi barədə danışılır. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb. Faciə baş verən gecə 1 275 dinc sakin girov götürülüb. Bununla yanaşı, ağıla gəlməyən vəhşiliklər, zorakılıqlar törədilib.

Daha ətraflı videomaterialda:

Son xəbərlər

Orphus sistemi