Bakı. 4 iyun. REPORT.AZ/ Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim (Naseer A. Kareem) "Report" İnformasiya Agentliyində (İA) olub.
Səfir əvvəlcə redaksiyanın ofisində yaradılan şərait və agentliyin fəaliyyəti ilə tanış olub.
"Report" İA-nın baş redaktoru Murad Əliyevlə görüşən səfir qeyd edib ki, Fələstin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Hər iki ölkənin münaqişələrdən əziyyət çəkdiyini qeyd edən diplomat bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın müstəsna rol oynadığını vurğulayıb.
Öz növbəsində M.Əliyev qeyd edib ki, Azərbaycanla Fələstin arasında mövcud əlaqələrin, siyasi və iqtisadi münasibətlərin genişləndiyini vurğulayıb.
Görüş zamanı İsrail-Fələstin münaqişəsi, Ermənistan-Azərbaycan,