Elmi Kitabxananın direktoru: "Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır"

Elmi Kitabxananın direktoru: "Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır" Bakı. 18 iyul. REPORT.AZ/ Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivləşdirmək lazımdır.
Media
18 İyul , 2018 11:28
Elmi Kitabxananın direktoru: Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır
MEK direktoru Leyla İmanova / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ "Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivləşdirmək lazımdır".

"Report" xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbirdə deyib.

O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: "Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək".

Son xəbərlər

Orphus sistemi