Ekspert “2 oğul itirmiş ananın faciəsi”indən danışır: "Bu, bütün media üçün ciddi xəbərdarlıqdır"

Ekspert “2 oğul itirmiş ananın faciəsi”indən danışır: "Bu, bütün media üçün ciddi xəbərdarlıqdır" "Biz işimizi elə qurmalıyıq ki, belə insanların tələsinə düşməyək"
Media
319
5 Fevral , 2021 14:35
Ekspert “2 oğul itirmiş ananın faciəsi”indən danışır: Bu, bütün media üçün ciddi xəbərdarlıqdır
Rəna Kazımova

Dünən mətbuatda “2 oğul itirmiş ananın faciəsi” kontekstində məlumatların tirajlanması insanları həssas dönəmdə daha da narahat etdi. Məlumatın saxta olması bəzi insanlarda məlumatın düz olmadığına sevinmə hissi yaratsa da, şok effekti də göstərdi.

Məsələ ilə bağlı “Report”a açıqlama verən teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, baş verən hadisə ciddi təəssüf doğurub:

“Çünki formal baxımdan jurnalistlərin çox gözəl niyyəti var. Yəni darda olan insanı, övlad “itkisi” yaşayan şəxsi efirə çıxarır. Bu, yaxşı niyyətdir, amma təəssüf ki, bu niyyəti reallaşdırma prosesində acı nəticə ortaya çıxıb. Bu, əlbəttə ki yolverilməzdir, amma burada jurnalistlərə bəraət qazandırılan məqamlar var. Onlar qadının evinə kiminsə vasitəsi ilə gəlib, psixoloq həkim təqdim edib. Onlar da ona inanır, amma nəticədə məlum olur ki, bu, tamamilə saxta, ruhi-xəstə olan bir adamdır. O qadın jurnalistlərin etimadından istifadə edib, televiziya üçün də ciddi problem yaradıb. Baxmayaraq ki televiziyanın aparıcıları kifayət qədər təcrübəli insanlardır. Bu, bütün media üçün ciddi xəbərdarlıqdır. Biz jurnalistikanın qızıl normalarına, onun əlifbasına ciddi riayət etməliyik. Efirə çağırdığımız insanı dəqiq tanımalı, bilgi əldə etməliyik. Bundan sonra onun dediyini tamaşaçılara çatdırmalıyıq. Ümumiyyətlə indiki kövrək vəziyyətdən, medianın insanların problemlərini önə çəkmək niyyətlərindən sui-istifadə edən çoxlu sayda şəxslər var. Biz işimizi elə qurmalıyıq ki, belə insanların tələsinə düşməyək”.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

"Həmişə deyirik ki, informasiya almaqla qanun işləməlidir. Dövlət qurumları və strukturları jurnalistlərin təcili sorğularına cavab verməlidir. Belə hallar olanda dəqiqləşdirmək üçün mütləq dövlət qurumu ilə məsləhətləşib, məsələnin dəqiqliyini yoxlamalısan. Təəssüf ki, jurnalistlər bu imkandan məhrumdurlar. Onların işində ən ciddi problemlərdən biridir", - professor əlavə edib.

Son xəbərlər

Orphus sistemi