Əhməd İsmayılov: “Redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq”

Əhməd İsmayılov: “Redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq” “Redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq”.
Media
6 Fevral , 2023 15:48
Əhməd İsmayılov: “Redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq”
Əhməd İsmayılov

“Redaksiyalarda bir sıra ştatlarda fəaliyyət göstərənlər də Media Reyestrində qeydiyyata alınacaq”.

“Report”un xəbərinə görə, bunu MEDİA Agentliyinin icracı direktoru Əhməd İsmayılov Mətbuat Şurasının toplantısında deyib.

O bildirib ki, bununla bağlı MEDİA Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirib, məsələ həllini tapıb:

"Bu hal media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsindən irəli gəlir. Çünki həmin redaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrində bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka krediti götürmək üçün hər hansısa bir banka müraciət edəndə, bank işçisi onun kim olduğunu bilmir və problem yaranır”.

“Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik. Nazir və onun komandası bizə yol göstərdi və problemi aradan qaldırdıq. Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaq”, - Ə.İsmayılov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi