Əhməd İsmayılov: "Media savadlılığının artırılması üçün vacib işlər görülür"

Əhməd İsmayılov: "Media savadlılığının artırılması üçün vacib işlər görülür" "Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır".
Media
16 Fevral , 2023 11:25
Əhməd İsmayılov: Media savadlılığının artırılması üçün vacib işlər görülür

"Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır".

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir: "Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar atılır".

Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

Son xəbərlər

Orphus sistemi