Sənətçi səhnəyə insanlara sevinc və parlaq, daha yaxşı gələcəyə inam bəxş etmək məqsədi ilə çıxır.
“Report” xəbər verir ki, bu barədə Həmid Həmidovun “Danışaq?” ənənəvi cümə podkastının növbəti qonağı, Sovet və Azərbaycan estrada ifaçısı, Azərbaycanın Xalq artisti Sərxan Sərxan bildirib.
Yaşı və özünü necə hiss etməsi barədə danışan sənətçi vurğulayıb ki, insan özünü köklədiyi kimi görünür: “Mükəmməllik üçün heç bir sərhəd yoxdur. Addım-addım hədəfimizə doğru irəliləyirik, özümüzü hər şeydə - peşəmizdə, həyat mövqeyimizdə təkmilləşdiririk, daxili və xarici vəziyyətimizi yaxşılaşdırırıq ki, onlar həmahəng olsun”.
Xalq artisti qeyd edib ki, o, insanlara ümid vermək üçün səhnəyə çıxır: “İncəsənət insana ümid, inam, sevinc bəxş edən illüziyadır. İnsanlar bir anlıq reallıqdan qoparaq sənətkarın səhnədə yaratdığı vəziyyətə keçid edirlər və bu əladır, əgər bunu edə bilsən, insanlara sevinc bəxş edirsən”.
O, verilişdə SSRİ-nin dağılması, Ukrayna müharibəsi və azərbaycanlıların musiqi zövqləri haqqında da fikirlərini bölüşüb.
S.Sərxan birgə layihələri və növbəti il üçün yaradıcılıq planları ilə bağlı sualları da cavablandırıb.