“Bu sistemli prosesi MEDİA aparır" - RƏY

“Bu sistemli prosesi MEDİA aparır" - RƏY İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanılıb. Birgə seminarın təşkil ol
Media
15 İyun , 2021 13:35
“Bu sistemli prosesi MEDİA aparır - RƏY

İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanılıb. Birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminarın iştirakçılarından olan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Report”a açıqlamasında bildirib ki, tədbir zamanı edilən müzakirələr, ekspertlər tərəfindən səsləndirilən fikirlər faydalı olub:

“Düşünürəm ki, bu proses davam edəcək. Ölkə media sahəsində həyata keçirilən islahatlar çoxvektorlu şəkildə irəliyə doğru aparılır. Bu, sadəcə restavrasiya prosesi deyil. Həm də elmi nəzəri formada bütün islahatların təməlinin qoyulması və məhz bunun üzərindən irəli doğru addım atmaqdır. Bu da çox önəmlidir. Çünki konseptual əsaslarla həyata keçirilən islahatlar daha effektiv və uğurlu nəticələr verir. Təxminən, 4 həftəlik bir seminardır. Düşünürəm ki, bütün iştirakçılar bu seminardan bəhrələnəcək. Xarici mütəxəssislərin iştirakı da gözlənilir. Ümumiyyətlə, davamlı şəkildə Azərbaycan mediasında bütün istiqamətlərdə islahatlar həyata keçirildikcə seminarlar və təlimlər də bu prosesin tərkib hissəsi olacaq”.



Baş redaktor MEDİA-nın apardığı islahatlardan da danışıb:

“MEDİA-nın qısa müddətdə gördüyü işləri müsbət dəyərləndirirəm. Əslində, bu müddət ərzində qət olunan məsafə də uğurludur. Eyni zamanda yanaşmaların özü doğrudur. İndiki şəraitdə əsas məqsəd və niyyət medianın modernləşməsi, müasir dünyanın ritminə uyğunlaşması, rəqabətədavamlı olması və müstəqil maliyyə qaynaqlarının təmin edilməsidir. Bu yanaşma çərçivəsində atılan bütün addımlar, həm hüquqi bazanın formalaşdırılması baxımından, həm də keçirilən təlim, müsabiqələr və digər bu kimi layihələr düzgündür. Bunlar hamısı kompleks şəkildə həyata keçirilir, dağınıq deyil. Şübhəsiz ki, bu sistemli prosesi MEDİA aparır”.

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında "Al Jazeera" və "Haber Global"ın mütəxəssisləri də var.

Son xəbərlər

Orphus sistemi