Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyası yaradılacaq

Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyası yaradılacaq Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.
Media
24 Aprel , 2020 18:27
Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyası yaradılacaq

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə MTRŞ-ın ümumölkə televiziya kanallarının televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün imzaaldığı anlaşma sənədi ilə bağlı yaydığı məlumatda deyilir.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycanda televiziya industriyasının inkişafına yönəlmiş fəaliyyətin həyata keçirilməsi üçün anlaşma sənədi imzalanıb.

Son xəbərlər

Orphus sistemi