Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı qeyd olunur 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu fəaliyyətə başlayıb
Media
515
6 Noyabr , 2014 09:50

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır.

"Report"un məlumatına görə, Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu fəaliyyətə başlayıb. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxıb. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə yayımlanıb. İlk veriliş günü ekranda Azərbaycanın mərhum sənətkarı Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Son xəbərlər

Orphus sistemi