​Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır

​Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır Nazir: “Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib”
Media
118
20 Noyabr , 2015 10:43
​Azərbaycanda 4 100-dən çox QHT dövlət qeydiyyatından keçib, KİV-lərin sayı 5 100-ə çatır

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edib. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4 100-ü ötüb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

O bildirib ki, KİV-lərin sayı 5 100-ə çatmaq üzrədir.

Nazir qeyd edib ki, notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artıb: “2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2,5 milyona çatıb ki, bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib”.

Son xəbərlər

Orphus sistemi