Azərbaycan nümayəndə heyəti Xəzər Media Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti Xəzər Media Forumunda iştirak edir Xəzər Media Forumunda iştirak edəcək Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərinə gəlib.
Media
8 Sentyabr , 2021 19:57
Azərbaycan nümayəndə heyəti Xəzər Media Forumunda iştirak edir

Xəzər Media Forumunda iştirak edəcək Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərinə gəlib.

“Report” xəbər verir ki, rəsmi şəxslər, diplomatlar, jurnalistlərdən ibarət olan heyət əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyublar.

Mərasimdə nitq söyləyən “Trend” İnformasiya Agentliyinin baş direktor müavini, Xəzər Ekspert Mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə forumu region ölkələrindəki jurnalistlər və ekspertlər arasında peşə əlaqələrinin inkişafı, habelə müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi üçün tutarlı platforma olaraq dəyərləndirib.

Yerli KİV nümayəndələri ilə söhbət zamanı qarşıdakı forum zamanı Xəzərin ekoloji problemləri ətrafında müzakirə aparılmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətində “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli də var.

Son xəbərlər

Orphus sistemi