Bakı. 10 iyul. REPORT.AZ/ "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib.
“Report”un məlumatına görə, tədbir Azərbaycan Prezidenti Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə təşkil olunub.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri
Dünyada bəzi məsələlərə yanaşmada ikili standartların olduğunu deyən Ə.Qarayev bildirib ki, bəzi xarici KİV-lər Azərbaycanda demokratiyanın olmamasını iddia edirlər: “Amma öz ölkələrindəki problemləri görmürlər. Azərbaycanda mətbuatı tam müstəqildir. İstənilən mövzunu sərbəst şəkildə qabarda bilər. Reallıq budur”.
Ə.Qarayev qeyd edib ki, Azərbaycan mətbuatı milli-mənəvi dəyərlər məsələsində diqqətli olmalıdır, çünki bu, həssas məsələdir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “Əkinçi” qəzetinin fəaliyyətindən danışıb. O bildirib ki, Azərbaycan mətbuat tarixinin formalaşmasında bu qəzetin rolu böyük olub.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icracı direktoru
Sonda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz- milli dəyərimizdir" mövzusundakı müsabiqəsinin qalibləri mükafatlandırılıb.