Teleaparıcı Azər Süleymanlı Report Media Məktəbinin tələbələri ilə görüşüb

Teleaparıcı Azər Süleymanlı Report Media Məktəbinin tələbələri ilə görüşüb Report Media Məktəbinin tələbələri ilə görüşə gələn teleaparıcı Azər Süleymanlı televiziyanın onun üçün bir müqəddəs məkan olduğunu vurğulayıb.
Media
23 May , 2022 16:16
Teleaparıcı Azər Süleymanlı Report Media Məktəbinin tələbələri ilə görüşüb

Report Media Məktəbinin tələbələri ilə görüşə gələn teleaparıcı Azər Süleymanlı televiziyanın onun üçün bir müqəddəs məkan olduğunu vurğulayıb.

“Televiziya mənim üçün ibadət evidir. Burada keçirdiyim hər günüm kiçik bir sınaqdır. 10 ildir televiziyada səhər verilişi aparıram. Ən asan görünən mövzuya belə saatlarla hazırlaşsam da, bəzən müsahibə uzaqbaşı 2 sual verirəm. Növbəti qonaq gəlir, onunla cəmi 10 dəqiqə danışıram. Sonra hansısa rəsmi qurumun nümayəndəsi gəlir, bu an yeni mövzuya köklənməli oluram”, - teleaparıcı bildirib.

A.Süleymanlı hər efirə ən azı 10-12 saat hazırlaşdığını etiraf edib:

“Bəzən verilişə qonaq gələcək yazıçının 3-5 əsərinin bir neçə günə oxumalı oluram. Düşünürəm, müsahibimi hərtərəfli tanımalıyam. “Qarşımdakı kimdir” sorğusunun cavabını bilmədən ona hansısa sualı yönəltmək olmaz. Mətbuatda belə bir düşüncə var: mən müsahibdən öyrənməyə gedirəm, onu öyrənib niyə getməliyəm? Kökündən yanlış fikirdir. Qarşı tərəfi tanımasaq, ünsiyyət uğurlu alınmayacaq”.

Azər Süleymanlı 1986-cı ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) 2009-cu ildə fərqlənmə diplomu ilə bitirib. "Xəyal TV", "Regional TV", "Space TV", "Mədəniyyət" və "İctimai TV" telekanallarında çalışıb. "Səs Azərbaycan" verilişinin aparıcısı, Avroviziya Mahnı Müsabiqəsinin şərhçisi olub. Hazırda "Sabahın xeyir, Azərbaycan" verilişinin aparıcısıdır.

Son xəbərlər

Orphus sistemi