Azər Mürsəliyev: "Qəlbən və ruhən həmişə Vətəndəyəm" - MÜSAHİBƏ

Azər Mürsəliyev: "Qəlbən və ruhən həmişə Vətəndəyəm" - MÜSAHİBƏ "Dünyanın heç bir ölkəsində heç bir lobbi ölkəyə öz maraqlarını qəbul etdirmək iqtidarında deyil"
Media
23 Mart , 2017 15:06
Azər Mürsəliyev: Qəlbən və ruhən həmişə Vətəndəyəm - MÜSAHİBƏ
journs.ru

"Jurnalistikada iki karyera var"

"Hər hansı bir ölkədə lobbisinin heç öz maraqlarını tətbiq etmək mümkün deyil"

Bakı. 23 mart. REPORT.AZ/ "Kommersant" nəşriyyat evinə daxil olan "Hakimiyyət" jurnalının baş redaktoru Azər Mürsəliyevin "Report"a müsahibəsi:

- Azər Arifoviç, Rusiyanın "Vışka", "Komsomolskaya pravda", "Moskva xəbərləri" kimi məşhur KİV-də işləmisiniz, artıq bir neçə ildir ki "Kommersant" nəşriyyat evinin şef-redaktorusunuz. Belə uğur əldə etməyi, bu cür peşəkar karyera qurmağı necə bacarmısınız?

- Bilirsiniz, "Vışka" qəzetinə işləməyə gəldiyim ilk günlərdə baş redaktorun müavini, mərhum Osman Mirzəyev necə karyera qurmaq istədiyimi soruşdu. Ancaq həmin zaman bu barədə qəti qərarım yox idi. İki variantım var idi. Birincisi, formal olaraq müxbir, şöbə müdiri, baş redaktorun müavini olmaq idi. Digər variant isə sadə idi: jurnalist, yaxşı jurnalist, çox yaxşı jurnalist olmaq. Əslində həmişə ikincinin daha vacib olduğunu düçünmüşəm, indi də düşünürəm. Çünki insanın formal pilləkanla yüksəlməsi heç də həmişə peşə ilə bağlı olmur. Sadəcə, bəzən belə vəzifəyə keçməli, bəzən də belə vəzifədən getməli olursan. Bu, heç də həmişə sırf peşəkar karyera ilə bağlı olmur. Peşəkarlıq isə iş görməyi bacarmaq deməkdir. Eyni işlə məşğul olmağa davam edəndə, yalnız miqyas dəyişir. Bu rəssamın böyük əsər üzərində ilə işləməsi kimidir. Lap əvvəl ağacın budaqların və ya yarpaqları çəkirsən, ağac dərisini rəngləyirsən, amma gərək canalandıracağın şəlkil tam formada gözünün önündə, beynində olsun. Bu, çətin və uzun prosesdir. Amma insan yarpaq çəkməyi öyrənə bilməyibsə, onda ağac çəkmək də mümkün olmayacaq.

- Jurnalistika karyerasına Azərbaycanda başlamısınız, sonra onu Rusiyada davam etdirmisiniz? Sizcə, bu iki ölkənin media məkanı bir-birindən nə ilə fərqlənir? Əsas fərqlər və oxşarlıqlar hansılardır?

- Daha dəqiq desək, jurnalistikada hələ Sovetlər Birliyi dövründə işləməyə başlamışdım. O zaman media məkanı, ab-hava Bakıda da, Moskvada da çox fərqlənmirdi. Ümumi sovet mətbuat idi. İndi isə açıq deyim ki, nəsə demək çətindir mənə. Müasir Azərbaycan mətbuatını elə də yaxşı bilmirəm. İnternet sayəsində az-çox mətbuata izləməyə çalışıram, amma yenə də bu, uzaqdan baxışdır. İçimdə elə hiss var ki, həm Azərbaycan, həm Rusiya mətbuatı müsbət və mənfi cəhətləri ilə demək olar eynidir. Başqa sözlə, ciddi fərqlər görmürəm.

Mənə elə gəlir ki, buna oxşar siyasi vəziyyət, oxşar iqtisadiyyat, oxşar keçid dövrü, ümumi Sovet keçmişi təsir göstərir. Odur ki, məncə, ciddi fərqlər görmürəm.

- Azərbaycandan yaxşı təklif alsaydınız, bura qayıdıb işləmək istəyərdinizmi?

- Prinsipcə indi peşəmizin xüsusiyyəti elədir ki, hətta Yeni Zelandiyada da oturub Rusiyada layihə həyata keçirmək mümkündür. Bunun üçün fiziki yer dəyişmək lazım deyil. Amma mən tarixi vətənimə mütəmadi olaraq gəlirəm, əlaqələri itirmirəm. Odur ki, təkliflərdən asılı olmayaraq, qəlbən və ruhən həmişə vətəndəyəm.

- Sizcə, Azərbaycan və Rusiya KİV-nin əməkdaşlığı uğurlu alınır?

Bilirsiniz, məncə, bu, bir qədər düzgün yanaşma deyil. Əməkdaşlıq olmur. Birincisi, hamımız rəqibik. İkincisi, internetə qədər müəyyən informasiya mübadiləsi olurdu, indi isə belə şey yoxdu, xəbər çıxan kimi onlayn görülür, paylaşılır. Məlumat hamı üçün açıq olur. Məncə, əlaqələr əsasən Azərbaycan KİV-ində əsas informasiya massivinin rusdilli resurslarda da olması və bunun sayəsində burada izlənməsi, eləcə də Azərbaycanda çoxları rus dilini bildiyindən Rusiya mediasının bizə açıq olması nəticəsində mövcud olur.

İndi monitorinq başqa prinsiplə - əsas söz, mövzu üzrə aparılır. Hansısa mövzu olduqda, əlbəttə, Bakıda bu haqda nə yazıldığı maraqlı olur.

- Rusiya vətəndaşlarında azərbaycanlı obrazı necə formalaşıb? Rusiyada həmvətənlərimizi necə görürlər?

- Hamı barədə demək çətindir, amma ötən əsrin 90-cı illəriylə müqayisədə vəziyyət yaxşıya doğru xeyli dəyişib. Amma bu o demək deyil ki, azərbaycanlıların parlaq obrazı formalaşıb. Uzun müddət keçib, Rusiyada azərbaycanlılar çoxdur. Hətta indiki nəslin nümayəndələri məktəbdə bir yerdə oxuyub. Başqa sözlə, indiki nəsil nümayəndələrinin azərbaycanlı tanışları və sinif yoldaşları var. Yəni bu, artıq 90-cı illərdə, xüsusən də 90-cı illərin əvvəllərində olduğu kimi, yad, qəribə, görünməmiş bir şey deyil. Vahid obraz yoxdur, o, sanki parçalanıb. Qonşu, dost, iş yoldaşı var.

- Sizcə, Rusiyadakı Azərbaycan diasporu nə dərəcədə fəaldır? Moskvada çalışarkən erməni lobbisinin təsiri ilə üz-üzə qalmısınızmı?

- Deməzdim. Bilirsiniz, təsir qüvvəsi çox tez-tez şişirdilir. Azərbaycanda erməni lobbisinin təsiri şişirdildiyi kimi, Ermənistanda da Azərbaycan lobbisi təsiri şişirdilir. Dünyanın heç bir ölkəsində heç bir lobbi ölkəyə öz maraqlarını qəbul etdirmək iqtidarında deyil. Bəzən dövlətin maraqları qismən bu və ya digər ölkənin maraqları ilə üst-üstə düşə bilər, lakin bunu lobbiçiliyin planlı işi hesab etmək olmaz. Buna görə də şişirtməzdim.

Həmvətənlərin normal təşkili, onlara yarım edilməsi, xüsusən yeni gələnlərin adaptasiyasına yardım üzrə işlər var. Belə fəaliyyət tam normal müsbət tarixçəyə malikdir və yaxşı nəticələr verir. Qalan digər şeylər isə hesab edirəm ki, hər bir insanın fərdi səylərinin nəticəsidir.

- Dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu barədə danışılıb. Siz bu məsələyə, onun həlli perspektivlərinə və Moskvanın roluna necə baxırsınız?

- Hazırda Moskvanın ən azı bu münaqişənin yenidən qızışmaması üçün hər cür səy göstərdiyi aydındır. Çünki cari vəziyyətdə münaqişənin gərginləşməsi çox ciddi nəticələrə, o cümlədən Rusiya üçün, səbəb ola bilər. Odur ki Rusiya bunda maraqlı deyil.

Moskvanın bu məsələni bu və ya digər istiqamətdə həll edib-etməməsi məsələsinə gəlincə, buna güclü şübhəm var. Çünki o zaman Rusiya seçil etməli olacaq. Ağlı başında olan heç bir Rusiya hakimiyyəti belə seçim etməz, iki müttəfiqinin birindən imtina etməz. Hazırda Moskvanın siyasəti ciddi toqquşmanın, münaqişənin gərginləşməsinin qarşısını almaq və danışıqlar prosesində iştirak etməyə davam etmək məqsədi daşıyır. Amma ümumilikdə yaxın gələcəkdə bu məsələdə uğur qazanılacağına çox ümid etmirəm.

Son xəbərlər

Orphus sistemi