Azad Azərbaycan Teleradio Şirkətinə yeni rəhbər təyin edilib

Media
  • 26 sentyabr, 2017
  • 10:39
Azad Azərbaycan Teleradio Şirkətinə yeni rəhbər təyin edilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

“Report”un xəbərinə görə, onun yerinə əməkdar jurnalist Azər Xəlilov təyin edilib.

Bundan başqa, şirkətin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və “ATV Səhər” verilişinin aparıcısı Turan İbrahimov da vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Xəlilov indiyədək CBC televiziya kanalının direktoru vəzifəsində çalışırdı.