ATƏT-in DTİHB-nin nümayəndəsi ilə teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub

ATƏT-in DTİHB-nin nümayəndəsi ilə teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub 14 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilmişdir.
Media
14 Avqust , 2024 13:51
ATƏT-in DTİHB-nin nümayəndəsi ilə teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub

Audiovizual Şurada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib, teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Bildirilib ki, Şuranın aparat rəhbəri Fazil Novruzov Şuranın fəaliyyəti, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat verib.

Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilib və digər məsələlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi